Ramiz Rövşən

Yazar: yusifli @ Sentyabr 24, 2009 15:10

MƏTN TRAYEKTORİYASINDA

OBRAZIN MƏCRASI VƏ MACƏRASI

 

Sənətkar olmaq nəyisə hesablamaq deyil, əksinə, damarlarındakı şirəni oynatmadan, yayın gəlməyəcəyindən qorxmadan özünü sadəlövhcəsinə dəli yaz küləklərinin üzərinə atan bir ağac kimi boy atmaqdır...

Rayner Mariya Rilke

 

(yazanda da, illər boyu yazmayanda da şairin yazı ilə ifadə edilən hərəkətinin sezilməməsi, bütün bu kimi hallarda yaranan boşluğun bilinməməsi, daha doğrusu bu boşluğun özünün mövcud olmaması, əsl şair dünyadakı bütün boşluqları bəzən, yox, zamanın bütün ağır yükü altında həmişə şeir qəlibinə dəhşətli çətinliklə dolan nəfəsiylə doldurur, şair əslində mifdən başqa bir şey deyildir, belə ki, şairlə şeir arasında əbədi bir bəhsləşmə, dil, söz, mənafe savaşı gedir, bu savaşın bütün mahiyyəti ilə açıqlanır ki, bir-biriylə ölüm-dirim savaşına girən bu iki varlığın bir nöqtədə birləşib dünyanı alt-üst etmələri, gözəl şeirlərdən nə qədər xoşumuz gəlsə də, dünyanın ən müdhiş mənzərəsi olardı, ancaq bunların fövqündə duran Tanrı ani bir hərəkətlə milyon illər qurulan kəhkəşanı dağıdır, bütün gözəl və böyük şairlər heç zaman öz əcəlləriylə ölmürlər…)

 

Mənə həmişə elə gəlib ki, Ramiz Rövşənin şeirində heç kəsin qədərincə anlamadığı və tuta bilmədiyi bir «qəlib» var, onun şeirləri üstündə yazılan semantik-fəlsəfi yozmalar, mülahizələr, irəli sürülən fikirlər… yenə də bu şeirlərin, bu qəribə qəlibin doğurduğu yaşantılardır, Ramiz Rövşən dili onu oxuyan adama nəyisə yazdırır, təlqin edir, yazmaq istəyən adamı bu yolla aldadır və həmin adama elə gəlir ki, guya bu şeirlər haqqında yazır…Aldanmamaq üçün bu şeirlərə bir az kənardan, özü də ən müxtəlif və fərqli mövqelərdən yanaşmaq lazımdır. Bu konsepsiya ilə mübahisə etmək lazımdır. Və mübahisə etmək üçün bir sıra arqumentlər mövcuddur. Ən uğursuz «yanaşma» ilk baxışdan gözə dəyən mətləblər üstündə semantik variantlar qurmaqdır, nədənsə tənqimiz daha çox bu variantlara üstünlük verir və əlavə eləyək ki, oxucu yozum yox, fərqli mövqe arzulayır. Elə bir mövqe ki, təkcə təqdim edilən şeirlə yanaşı durmasın, onun ətrafındakı atmosferi necə deyərlər, zəbt eləməsin, elə bir aura yaratsın ki, şeirdə verilən informasiya xətti «əyilsin», gözlənilən trayektoriya ilə gözlənilməyən məqama üz tutsun, intonasiya modelini tutmağa kömək etsin; intonasiya modelinin strukturunda yuvalanan informasiya bir qatlı deyil, müəllifin daxili səsi, onu kosmosa bağlayan ritmlə gəlir, bu ritm şeirin yürütdüyü fəlsəfənin əsas fonunu, daxili həqiqətinin səs düzümünü təqdim edir, bu səs, bu ritm həmişə kadr arxasından – kosmosdan gəlir, aşağıdakı şeirdə olduğu kimi:

 

Nə pis yuxu tutdu məni

                        Günün günortasında.

Bu şəhərin, bu küçənin,

                        Bu ömrün ortasında.

 

Bir qış günü yatdım, ancaq

                        Durub gördüm, payızdı.

Bu kartları dəyiş, Allah,

                        Mən bu ömrü uduzdum.

 

Gecəsini, gündüzünü

                        Götür, bir də qarışdır.

Düş, gözümün qabağında

                        Burda, yerdə qarışdır.

 Qara günlər arasından

                        Bəlkə bir ağ gün çıxa.

Ya çıxa qətlimə fərman,

                        Ya ölüm hökmün çıxa.

 

Amma cığallıq eləmə,

                        Düz oyna, təmiz oyna.

Mən gedirəm cəhənnəmə,

                        İlahi, mənsiz oyna!...

Davamı...
Yaddash | Şərhlər(0) | Baxış sayı:105 |

Mən də bu şəhərdəyəm...

Yazar: yusifli @ Avqust 24, 2009 12:37

Miyanalı Əlirzanın şeirləri oxuyanda ilkin ağlıma gələn nə olsa yaxşıdı: yol, xəritə, sərhəd dirəkləri, yarpaqlarını töküb yaşıllığını içində daşıyan ağaclar... Niyə bu ifadələr yadıma düşdü?

Əvvəla deyim ki, bu şeirlər onun illər öncə Bakıda nəşr etdiyi şeir kitabının davamıdır, bunların arasında heç bir fərq və ayrılıq yoxdu, eyni motivlərdir, eyni dərdlərdir, bu çevrənin içində hər şey Əlirzanın olacaq qədər tanışdı, onların içində bir-birini tanımayan, ayrı yolu tutub gedən obrazlar, müqayisələr, ifadə vasitələri və ifadə planı yoxdu. Nəyə görə? Məncə, ona görə ki, Əlirza insan kimi son dərəcə səmimidir, sözün düzünü açıq danışan və aydın ifadə etməyə çalışan bir şəxsdir.  Bu mənada Əlirzanın əsərlərini toplu halında oxumaq güclü təəssürat yaradır, sənə yol işarələrini, keçdiyi yolun, yaşadığı ömrün xəritəsini aydın şəkildə göstərə bilən hekayətdir. 

 elirza

 

Davamı...
Yaddash | Şərhlər(0) | Baxış sayı:82 |

Ülkər Ucqar - Buğdalar

Yazar: yusifli @ İyul 16, 2009 16:01

Hərdən mənə elə gəlir ki, güneydə poetik düşüncə bir qırılmaz xətt üstədir, dünyanın müxtəlif yerlərinə səpələnən bu insanlar yazdıqları hər bir mətləbin eyni məqamına, eyni nöqtəsinə baxırlar və qəribədir ki, bu qəribə baxış hələm-hələm heç kəsin ağlına gəlməyən mənzərə və görüntülərin meydana çıxmasına səbəb olur.  Və bu poetik düşüncəni təhlilə çəkəndə görmək istədiyin mənzərə əsas tanıdıcı məqamları ilə yaddaşında silinməz iz buraxır. Bunlar hansılardı? Ülkərin, Ülkər Ucqarın şeirlərinə baxaq:

 

ulker ucqar 

Əkinçini buğdalar ayaqqablarından tanıyar

Çömbələndə alaqlasın otları,
buğdalar kimi təkcə kürklü börkü görünər.
Bəlkədə çiyninə yetişsin deyə
Buğdalar bir ildə bir belə boy atar
Bir belə böyüyər!

Davamı...
Gün Çırtlayır | Şərhlər(5) | Baxış sayı:145 |

ARTIQ YAŞIL İŞIQDIR, ƏYLƏCİ BASA BİLƏRSƏN...

Yazar: yusifli @ İyul 12, 2009 11:30

Əvvəlcə bir etiraf eləyim: Hadi Qaraçayın şeirlərini nə qədər sevsəm də, onları bir nöqtəyə gətirən məqamı tapa bilmirəm və çoxdan yazmaq istədiyim yazı alınmır...

hadi 

 Hadinin şeiri elə şeirdir, burda artıq heç bir “maddə” yoxdur. O mənada ki, bu insanın ədəbiyyat və xüsusən də poeziya haqqında təsəvvürləri ilə özcə şeirləri arasında bir ulduz ucu qədər də ayrılıq, fərqlənmə, təxəyyülün yönünü başqa səmtə aparan bir cəhət yoxdur... Yəqin elə bu səbəbdəndir ki, bu şair haqqında yazdıqlarım şəxsən özümə çox yarımçıq görünür. 

Davamı...
Gün Çırtlayır | Şərhlər(2) | Baxış sayı:118 |

Bayatı

Yazar: yusifli @ İyun 26, 2009 15:17

***

Bir az gec,

Bir az tez

Bütün güllərə xal düşəcək,

Ölünün büküldüyü kəfən

İçindəki sirdən yırtılacaq,

Göydən baxan mat qalacaq…

Hər şey kökündən qırılıb, qaçıb

Fəzanın boşluğundan sallanacaq,

Dünya dediyimiz tərsinə çevriləcək

Şumlanacaq bu dəfə

Yerin üstü yox, altı, -

Əvvəl öləcək insanlar

Sonra yaşanacaq ömür,

Torpağın altı şumlandıqca

Köhnə ömürlər diriləcək

Köhnə dərdlər bar verəcək…

İndi yediyim alma

Kimin dərdidi, görən

Dişim qamaşır, allah!...

Davamı...
Yaddash | Şərhlər(0) | Baxış sayı:129 |

İçinə yığılmış yay və ya bir çəngə yovşan

Yazar: yusifli @ İyun 20, 2009 15:11

Anarın «Otel Otağı» povestini çap edilən kimi «Azərbaycan» jurnalının 1996-cı il 1-3 nömrəsində oxumuşam. Bundan sonra müəyyən fasilələrlə bir neçə dəfə oxumuşam. Bu əsəri Anarın yarıdıcılığında, nəsr poetikasında əsas əsərlərdən biri hesab eləməyim bu gün onun haqqında söz demək ehtiyacını doğurdu. «Otel Otağı» həmişə mütaliə edilən, insanı darıxmaqlıqdan çıxaran, ona təsəlli verən, məmləkətimiz üçün müəyyən mətləbləri çox dürüstlüklə açıqlayan... bir əsərdir. Mənə elə gəlir ki, bir söz adamı kimi Anarın illər uzunu dediyi, yazdığı və ya belə deyək: yazmaq istədikləri də bu əsərdə mükəmməl poetik strukturda təqdim olunub. Əsərin poetik strukturunda ilk baxışdan çox adi, ancaq həm də mahiyyəti etibarilə qəribə, ələ gəlməyən, sözlə təsviri çətin olan bir mətləb var: bu qəlib elədir ki, toxunan kimi fəryad qoparır, xatirələr, yaddaşın qaysaq bağlayan yeri diksinir, oyanan hisslər ürəyə ağrını da, xoşbəxtliyi da birdən, qəfildən gətirir, zamanların arasından keçən tül pərdə şəffaflıqdan «cırılır», ağrıyla sevincin bir-birinə qarışıb yaratdığı tufandan bir anın içində insan ölə bilər – nəfəsini dərmək istəyəndə, «yaşamaq istəyirəm» demək istəyəndə, «döşəmədən tavana qədər sükutun içindən» çırpınıb çıxmaq istəyəndə. Hər şeydən öncə ona görə ki, hadisənin özü, onun yaratdığı energetika sahəsi yaşamaq üçün yox, sadəcə keçmişdə baş verən olayların dərinliyində – mistika yuxusunun içində nəyisə götürüb yoluna davam etmək üçündür. Ancaq Anarın qəhrəmanı bu virtual məkanı özü üçün yaşayış məskəni seçir, bu «dərinlikdə çox üzmək olmaz» qadağasını könüllü şəkildə unudur, dünyada misli görünməmiş ölüm növünü – ölüm oyununu seçir. Bu ölüm oyununda «şahmat daşları» kimi Nazim Hikmətin şerinin misraları düzülür:

yovshan 

Davamı...
Yaddash | Şərhlər(0) | Baxış sayı:118 |

Əsir Dağlar

Yazar: yusifli @ İyun 11, 2009 15:18

                       

Bu yaxınlarda şair İlham Qəhrəmanın Tehranda “Pınar” yayım evində “Əsir dağlar” adlı şeir kitabı çap edilmişdir. Kitab doxsana yaxın ədəbi mətni əhatə etməklə 158 səhifədən ibarətdir. Qeyd edək ki, “Əsir Dağlar” İlham Qəhrəmanın həcmcə ən böyük şeir kitabıdır.

Kitaba güney Azərbaycan şairi Mənuçehr Fəzli Xələf (Azərelli) ön söz yazıb.

Davamı...
Yeni nəşrlər | Şərhlər(0) | Baxış sayı:109 |

Alimin Missiyası

Yazar: yusifli @ May 25, 2009 10:19

Nazif Qəhrəmanlı Azərbaycan ədəbiyyat tarixçiliyi ilə ardıcıl şəkildə məşğul olan alimdir, onun spesifik araşdırma sahəsi, özünəməxsus maraq dairəsi və... sualları var. Elə buna görə də o, istisnasız olaraq bütün yazılarında zahirən nələrisə təsvir etsə də, hansısa faktları, mənbələri sitat gətirsə də, əsas olan həmin suallara cavab aramaqdır. Hər hansı sahə ilə ardıcıl, deyək ki, 30-40 il məşğul olan alimin elmi bioqrafiyasının öyrənilməsi, burada ədəbiyyat elminin fəlsəfi-psixoloji aspektləri üçün maraq doğuran cəhətlərin üzə çıxarılması ədəbi prosesin özü qədər maraqlıdır. Nazifi ədəbiyyat tarixçiliyinin müxtəlif problemlərinə, bu spesifik sahəni belə ciddi-cəhdlə öyrənməyə nə vadar edir? Bu sualın “pəncərəsindən” baxdıqda onun müxtəlif dönəmlərdə yazdığı kitab və məqalələrin səhifələrinin ağ - yazılmamış yerlərində hansı məqamları görmək olar?

bir omur  

Davamı...
Yaddash | Şərhlər(0) | Baxış sayı:113 |

Həmid Araslı

Yazar: yusifli @ Aprel 20, 2009 11:01

«Elm» nəşriyyatında görkəmli ədəbiyyatşünas alim Həmid Araslının 100 illik yubileyi münasibəti ilə onun əsərlərinin biblioqrafiyası çapdan çıxmışdır. Respublika Milli Elmlər Akademiyasının həqiqi üzvü, İraq Elmlər Akademiyasının fəxri akademiki, İordaniya Kral Cəmiyyətinin müxbir üzvü, Türk Dil Qurumunun fəxri üzvü, Azərbaycan və Özbəkistanın Əməkdar Elm Xadimi, görkəmli şərqşünas alim, şifahi xalq ədəbiyyatının, klassik irsimizin yorulmaz araşdırıcısı olan Həmid Məmmədtağı oğlu Araslı (1909-1983) şərəfli bir ömür yolu keçmişdir. Professor Nizami Cəfərov alimin mədəniyyətimiz qarşısında xidmətləri barədə haqlı olaraq yazır: «Akademik Həmid Araslı Azərbaycan elminin, mədəniyyətinin tarixində elə görkəmli şəxsiyyətlərdəndir ki, onun adı Səməd Vurğun, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Heydər Hüseynov, Mirzə İbrahimov, Ziya Bünyadov… kimi simaların adı ilə yanaşı dayanır.

 Hemid Arasli

Davamı...
Yaddash | Şərhlər(0) | Baxış sayı:151 |

Tənha qalmaq...

Yazar: yusifli @ Aprel 11, 2009 12:06

TƏNHA QALMAQ

 

məqamı yetişdi

Güllə qabağına atılırmış kimi

cumum tənhalığa

bir anlığa,

bircə anlığa

keçir ulduzları,

göyün, yerin sahibi.

Bir mən olum,

bir də qatı qaranlıq,

bir də… günahlarım,

şübhələrim, gümanlarım…

Qəfil yandır işıqları,

göyün, yerin sahibi,

Nə görsən,

pıçılda qəbrimin qulağına…

 

1994.

Yaddash | Şərhlər(1) | Baxış sayı:152 |

  Yazılar cəmi: 66    Sonrakı səhifə »