Reklam verin!

Hadi Qaraçayın şeirləri

       Hadi Qaraçayı şair kimi çoxdan tanıyıram.

     Hadi şeir sevdasında deyil, millət, milli dəyərlər, bağımsızlıq... içində bişmiş şairdir. Şairlik, məncə onun üçün yoldu, bütün yuxarıda sadalananların içindən keçən, onlarsız təsəvvürə gəlməyən, mövcud olmayan bir yol.

       YOL varsa, hər şey unudulmalıdır: davalar, qovğalar, çəkişmələr... və bunları bir-birinə düyümləyən qeybətlər. Bu insanlar qürbət ölkələrdə təmiz yolun içindədirlər, heç bir qüvvə onları şeirin, ədəbiyyatın “gül-bülbül” qeybətlərinə çəkə bilməz, buna milyon əsas olsa belə. Bizdə hər şey tərsinədir, insanlar – böyük ədəbiyyat adamları ultra avanqard ədəbi dəyərlərdən danışa-danışa puç və mənasız “gül-bülbül” sevdasından ayrıla bilmirlər. Niyyətim Hadinin şeirlərini təhlil etmək deyildir, burda hər şey yerindədir.

      Oxuyun:

 xirman

Qara göz

 Sənə dönəcəyəm bir gün

Sevgili dostum

Badamlığın çiçəkli yazında

Həvəsli gülüşlərlə

Ardıca* gedərkən yetgin qızların.

Sənə dönəcəyəm bir gün

Ərikli yayın kükürd iyində,

Təzə biçilmiş yonca qoxusunda,

Və yaşıyacam səninlə birlikdə

Biçin günlərinin ağır - uğurun.

Qanımda

Sönməyən bir od var

Və başımdadır

Yurqunluqda** gəzən küləyin ayaq səsləri.

Sənə

Dönəcəyəm bir gün

Altmış yaşımda

Yetmiş yaşımda belə,

Və Ağ yerin*** xərmən küləyində

                                 sovuracağam

Qurbət illərinin yorqunluğunu.

 _________________________________________________ 

 *Kəndimizin yaxinlığında yerləşən bir ardıc ağacı var əsgi inamlara söykənənbir gələnəklə kənd kişiləri (adamları) ildə bir yol bu ardicin görüşünə gedəristəklərini ondan dilər, budaqlarına dəsmallarını asarlar.**yurqunluq yer adıdır***Ağ yer  yer adıdır orada ilin xərmənlərini sovurarlar. 
 

 Ök

 sən

hansı uçmağın yeyilməz almasısan

hansı xərmənin daraqlanmış buğdası

adın

bütün girilməz qapıların başında durar

və gözlərin

məni unutmağa götürən yolları bağlar...

  oooy aşıq atan uşaqlar

bir söyləyən ola

niyə aşiqlərin aşıqları ovçu durmaz?  


Açar sözlər:
Bookmark and Share

Yaddash | Şərhlər(1) | 78 baxış


1
hadi qaraçay yazıb:

əllərinizə sağlıq Cavançir bəy.çəkdiyiniz zəhmətlər üçün bir daha sağ olun.

İyul 20, 2008 12:03


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha