Laura Cəbrayıllının yazısından sitat
Bu gün müstəqil ədəbiyyat qəzeti yoxdu. Ədəbiyyatın özü necə?Çətin sualdı. Bir ciddi zarafatda deyildiyi kimi, ədəbi camiədə bir qəbiristanlıq adam olsa da, onların ədəbiyyatla, yaxud başqa bir şeylə məşğul olmasını anışdırmaq olmur.
Proloq qəzeti ayaqları olsa da yeriməyi imitasiya edən adama oxşayır. Bəs niyə yerimir? Çünki funksiyasına daxil deyil. Elə həmin qəzetdə Lauranın yazısı çap edilib. Yazı lent.az portalından götürülüb. Laura yazır: Kimsə, haçansa ədəbiyyata söz oyunu deyib, indi də bir dəstə adam qolların qaldırıb düşüb ortalığa, süz ki, süzəsən... Əvvəllər ailə qurmayan, yaxud nikahı tələm-tələsik pozulanlar musiqidən ayrı qapı tanımırdılar, indi tanıyırlar-Ədəbiyyat! Onlar üçün xoşbəxt Adam, xoşbəxt Ada, xoşbəxt Ad, heç xoşbəxt A da yoxdur, hamı bədbəxtdir: ölkə də, əhali də, söz də, yazı da...
Qəzetin son səhifəsinə çatırıq. Qəzet “bitmir”, bağlanmır. Elə bil qəzetin ortasıdı. Bir də Lauranın yazısına qayıdırıq və məsələ aydınlaşır. Qəzet tez-tələsik nəyi deyəcəkdisə, əvvəldə, sözləri çeynəyə-çeynəyə deyib, sonrası maraqlı deyil....

Açar sözlər:



Salam...
Mən bu gün oxudum "Proloq"dan Laura xanımın yazısını.
Yeganə təəccübləndiyim o oldu ki, bu yazıda konkret hədəflər nişan alınsa da, konkret olaraq ad çəkilmirdi. yəni mənim bir oxucu kimi son vaxtların ədəbiyyat haqqında olan yazılarında gördüyüm "qladiator döyüşü " xarakterli həmlələr və müdafiəolunma metodları "Sözlə oynayanlar üçün libretto"da olmadı deyə yazını sonadək hərisliklə oxusam da marağım "ac-susuz" qaldı...
Sanki əslində hansısa bir tam yazıya giriş idi bu...Elə isə ardını gözləyək, hə?
Bəs Siz, Cavanşir müəllim, Siz optimist ruha köklənə bilirsinizmi ədəbiyyatımız haqqında düşünərkən...məncə bu, artıq Sizin həyat tərzinizə çevrilib, sadəcə iş- peşə-sənət və ya xobbi deyil...
Laura xanımın yazısında optimizm duymadım, sanki ədəbiyyatımızdan ümidini üzmüş kimidir, bəs Siz?
Vaxtınız olsa, bir bura zəhmət çəkib baxmanızı istərdim, bu yazı üç ildir yazılıb, hələ özümün yazmağa və dərc olunmağa qərar vermədiyim bir vaxtda, baxın görün ağlımdan nələr keçirdi o vaxt...-))
http://ryabina.azeriblog.com/2007/12/09/olmek-olmekdir-bes-onda-xirildamaq-ne-demekdir
İyul 19, 2008 22:04