Morten Ramslandın yeni romanı - "İT BAŞI"
Morten Ramsland <http://livres.fluctuat.net/morten-ramsland.html> Danimarkalıdır, 2005-ci ildən etibarən ədəbiyyat sahəsində yüksək mükafatlar almış, tənqiddə adı səs-küy doğurmuş, bir neçə Qran-Pri əldə etmiş, indiyə kimi təqribən dünyanın 20 dilinə tərcümə edilmişdir.
Yaşı: 37 Sənəti: Yazıçı Morten Ramsləndın bioqrafiyası Morten Ramslənd ədəbiyyat sahəsində təhsilini 1993-cü ildə bitirmiş, ilk kitabı şeirlər məcmuəsi olmuşdur: Quşlar uçub gedəndə. Sonra uşaqlar üçün kitablar yazıb. İlk romanı: Akasiya yuxuları. 2005-ci ildə ikinci romanı – İt Başı (Hunderhoved) çap edilir, bu roman yazıçıya uğur gətirir, ölkəsinin üç böyük ədəbi mükafatını alır. İlk dəfə 2008-ci ildə fransız dilinə tərcümə edilərək Gallimard nəşriyatında çap edilib. Ədəbi tənqid danimarkalı yazıçının üslubunu böyük Latın Amerikası yazıçılarının magik realizimi ilə müqayisə edir. Morten Ramslənd hazırda Danimarkanın şimalında yerləşən Aarhus-da yaşayır.
İT BAŞI romanı
Romanda son üç nəslinin həyatı Danimarka və Norveçdə at belində keçmiş bir ailənin taleindən bəhs edilir. İt Başı romanı təhkiyəçinin babası Askild Eriksonun Almaniya həbs düşərgəsindən qaçması ilə açılır. Elə buradan adı çəkilən ailənin başına gələnlər adi qaydada cərəyan edir, Askild gələcək arvadı Bjorku yoldan çıxarır, ilk uşaqlarının qulaqları ifrat dərəcədə böyük olması ilə seçilir. İlk uşaq ailə ayaqyolusunda dünyaya gəlir. Əvvəlcə bu çox gülməli ailənin tarixçəsi roman boyu addımbaaddım izlənir, bir-birinin dalınca ən müxtəlif gülməli və həm də dəhşətli hadisələr gəlir: spirtə meyllilik, yalan satma, açılmayan sirlər. Romanda hər gün baş verən hadisələr qəribə formada nəql edilir, yəni elə bil ki, heç zaman pozulmayan ardıcıllıqla davam etdiyi yerdə qırılır, sonra heç nə olmayıbmış kimi adi məcrası ilə davam edir. Hər şey nəql edildikdən sonra Askildlər ailəsinin son beşiyi – Asger öz ailəsinin tarixçəsini nənəsi rəhmətə getdiyi andan başlayaraq danışmağa başlayır.
Ancaq roman müəllifinin bütün yaxşı niyyətlərinə baxmayaraq danışılan əhvalatlar oxucunun ürəyinə toxunmur.
Əsl intriqanın olmaması hadisələrin küll halında qavranılmasının əngəlləyir və bu da elə bir təəssürat oyadır ki ailə həyatınnda verilən fraqmentlər nə qədər cəlbedici olsa da, son nəticədə oxucunu azdırılması məqsədini daşıyır.
Açar sözlər:


