Reklam verin!
Yuma Ailə Jurnalı

BÖYÜK ƏDƏBİYYAT XƏSTƏLİYİ

“Kiçik adam kompleksi”ndən sonra “böyük ədəbiyyat xəstəliyi”ndən yazmaq qərarına gəldim, daha doğrusu bizi, mühitimizi bürüyən digər “əyintilərdən” yapışmalı oldum. Bu fikrimə təkan verən portallarda ədəbiyyat haqqında boşboğazlıqlar oldu. Elə bil (işə bax-!) ölkədə bütün dəyərlər devalvasiyaya uğrayıb, səfirliklərdən biri, yəqin ki, ABŞ səfirliyi ortaya qrant qismində BİR məbləğ qoyub, hərə qarşı tərəfdəkini şərləyir ki, pulu o götürməsin. Diqqət yetirin: GÖTÜRMƏSİN! 

Yaxınlarda kultaz.com ədəbiyyat portalında Taleh Şahsuvarlının “Babəkin canlanması” adlı romanının ikinci fəsli təqdim edildi, mən bu fəsli oxusam da, müzakirələrə qoşulmadım, çünki demək olar bütün müzakirələrdə olduğu kimi bu debatda da predmet və meyar yox idi. Nəyi müzakirə edəsən? – Roman haqqında az təsəvvür yaradan II fəsil haqqında, yoxsa ölkənin qartımış ədəbiyyat adamlarının (iştirakçıların müəyyən qismi), bir-birinin ətini yeməyə hazır insanların iddiasını? Həm də bu iddia böyük ədəbiyyat iddiasıdır.

 boyuk edebiyyat

Davamı...
Açar sözlər:
Bookmark and Share

Gün Çırtlayır | Şərhlər(2) | 62 baxış

Kiçik adam kompleksi

Kiçik adam... Bir vaxtlar 60-cıların nəsrini araşdıran tənqidçi və ədəbiyyatşünaslar bu termindən geninə-boluna istifadə edirdilər. Guya onlar heç kəsin diqqət mərkəzində olmayan insanların həyatına işıq tutub, onların problematikasını gətirdilər. Hara? Əlbəttə, ədəbiyyata!
Ancaq bu belə deyil!

dans le bazar

Davamı...
Açar sözlər:
Bookmark and Share

Gün Çırtlayır | Şərhlər(0) | 173 baxış

Nə gəlməz oldun?!

Zaman ötür, vaxt dəyişir, hər şeyin sifəti, üzü dönür, hər şey “özünə qayıdır”. Ancaq...

Biz gedirik və qayıtmırıq!

la fin du monde 

Davamı...
Açar sözlər:
Bookmark and Share

Gün Çırtlayır | Şərhlər(0) | 85 baxış

Oğlumun ad gününə

     Epistolyar janr insana olmazın azadlıqlar verir. Vaxtilə “Bərbaçıya məktubları” yazırdım. Yazdım və usandım. Necə deyərlər, heç nə bərpa olunmadı, əksinə nəzərdə tutduğum nəsnələr bir  az da bərbad hala düşdü. Ancaq... məktub yazmaq hər şeydən üstün və gözəldir.

 khramoy

Davamı...
Açar sözlər:
Bookmark and Share

Gün Çırtlayır | Şərhlər(1) | 96 baxış

Laura Cəbrayıllının yazısından sitat

Bu gün müstəqil ədəbiyyat qəzeti yoxdu. Ədəbiyyatın özü necə?Çətin sualdı. Bir ciddi zarafatda deyildiyi kimi, ədəbi camiədə bir qəbiristanlıq adam olsa da, onların ədəbiyyatla, yaxud başqa bir şeylə məşğul olmasını anışdırmaq olmur.

Proloq qəzeti ayaqları olsa da yeriməyi imitasiya edən adama oxşayır. Bəs niyə yerimir? Çünki funksiyasına daxil deyil. Elə həmin qəzetdə Lauranın yazısı çap edilib. Yazı lent.az portalından götürülüb. Laura yazır: Kimsə, haçansa ədəbiyyata söz oyunu deyib, indi də bir dəstə adam qolların qaldırıb düşüb ortalığa, süz ki, süzəsən... Əvvəllər ailə qurmayan, yaxud nikahı tələm-tələsik pozulanlar musiqidən ayrı qapı tanımırdılar, indi tanıyırlar-Ədəbiyyat! Onlar üçün xoşbəxt Adam, xoşbəxt Ada, xoşbəxt Ad, heç xoşbəxt A da yoxdur, hamı bədbəxtdir: ölkə də, əhali də, söz də, yazı da...

Qəzetin son səhifəsinə çatırıq. Qəzet “bitmir”, bağlanmır. Elə bil qəzetin ortasıdı. Bir də Lauranın yazısına qayıdırıq və məsələ aydınlaşır. Qəzet tez-tələsik nəyi deyəcəkdisə, əvvəldə, sözləri çeynəyə-çeynəyə deyib, sonrası maraqlı deyil.... 

Davamı...
Açar sözlər:
Bookmark and Share

Gün Çırtlayır | Şərhlər(2) | 108 baxış

Rəbiqənin bir şeiri haqqında

Qəribədir, mən indi tam başqa bir yazı yazmaq istəyirdim, Rəbiqənin dünən (06.07.08) rastlaşdığım şeiri qəfil yadıma düşdü. Əslində, mən, qəribə gəlməsin, getdikcə yapon, ya çin əlifbasını xatırladan xəttimdən yazmalıydım, üstündən bir neçə gün ötüşəndən sonra özüm də yazdığımı oxuya, oxuyub da anlaya bilmirdim. Yəni, getdikcə yazmaqdan (bu şəkildə yazmaqdan) ayrılmaq gərək. Düşünürsən, beynində, ürəyində “yazırsan”, yazının belə bir “şifahi” forması əlbəttə ki, mütləqa ünvanını tapmalıdır (qəzetdən, jurnaldan, virtual qurğudan fərqli olaraq -!). Nə isə...Rəbiqə  şeirdə qəribə ilmələr işlədir, naxışlar vurur, hərdən elə anları tutur ki (Əli Kərimin “Tolstoyvari” şeirini yada salın....), birdən-birə çox bədbəxt olursan, qəlbinin dibinə kimi sızlayır və ağlayırsan. Belə dəhşətli sızıltı içində anlayırsan ki, illər boyu içindən axan göz yaşlarının içində büsbütün ərimisən, başqa bir şeyə çevrilmisən. Bu halınla o halın indi qarşı-qarşıya durub. Anadillərin səsi gəlir: Tapdın? Tapmadım!

Mən də tapmadım, hərflər yenə pozulmuşdu...  

Davamı...
Açar sözlər:
Bookmark and Share

Gün Çırtlayır | Şərhlər(1) | 74 baxış

Bir almanın iki üzü...

     Son zamanlar bir daha ədəbi prosesin canlanması haqqında mülahizələr söyləndi və bütün bunlar həm də konkret layihələr çevrəsində cərəyan edəndə məlum oldu ki, canlanma, normal və sağlam düşüncələr bir istədiyimiz zaman deyil, öz zamanında yaranır və bunu deməyə sadəcə lüzum qalmır. Kultaz və litaz ədəbiyyat portallarında bir-birinin dalınca baş verən hadisələr fikrimizə yaxşı misal ola bilər. Nəyə görə müxtəlif intervallarda “deyəsən, ədəbi proses canlanır”, deməyə məcbur oluruq? Səbirsizlik?Naşılıq?

 apple

Davamı...
Açar sözlər:
Bookmark and Share

Gün Çırtlayır | Şərhlər(0) | 77 baxış

SÖZ KİSƏSİ

     Harda oluramsa, insanların səbirsizliyi ilə rastlaşıram. Yəni, danışır – məntiqli və yüksək səviyyədə - bütün ifadələr, məntiqi hökmlər yerində!Elə bil qabaqcadan verilən proqramla qatar sürür – baxmayaraq ki, ömründə bu işin qulpundan yapışmayıb.

     Başqa bir şəxsə söz verilir. O da nitqini elə qurur ki, birinci şəxsin leksikonundan yan keçə bilmir.Birinci natiq hirsindən alovlanır. Cavab vermək lazımdır. Verir də!Görürəm ki, bu adamın “söz kisəsi” altdan deşilib, sözlər qarpız kimi bir-bir tökülür və dığırlanır...Nə qədər yaxşı və alovlu danışsa da, kisənin altı deşikdir deyibən heç nə alınmır, ani silkələnməyə bənddir - əlindəki qatıq dağılsın.

      Çox istedadlı adamların bu labirintin içinə düşməsi – bu xəstəliyə tutulmasının səbəbi nədir?

      Əkrəm Əylisli hamıya cavab verir. Fikirləşmir və düşünmür ki, məsələn, cavab verməsəm, nə alına bilər? Buna macalı yoxdu – cavab vermək artıq onun özündən asılı deyildir. Ömründə bircə dəfə olsa da qatar sürməyib.Anar müəllimsə sürüb. Parovozun tüstüsü təpəsindən çıxır...

parovoz 


Açar sözlər:
Bookmark and Share

Gün Çırtlayır | Şərhlər(0) | 64 baxış

Qəzetlərin menyusuna. Tofiq Abdinin gələcək yubileylərinə

İndi məmləkətin hansı tərəfinə, hansı küncünə baxsan bir şadyanalıq (festivity) gərərsən.

İlk əlamət gecələr zəncirlənmiş Prometeyə bənzəyən ağaclardır. “Bir neçə yerindən yaralı” olan bu ağaclar sanki göz dağıdır. Bunu hamı görür və yəqin ki, çimçişir.

Bu işarə təkcə küçələrdə görünmür – ictimai həyatda, xüsusən ədəbi aləmdə adıbəlli işarə - belindən çalın-çarpaz göz kəmərləri bağlanan fiqurlar meydandadır.

Ümumi xaosun içində bu işarələr yalnız gecələr yanmır, gündüz də işarır və ən gülməlisi də odur ki, onlar sifarişsiz olaraq bu görəvi yapırlar.

Acıq və hirslə bir dəstə adamın üstünə çamır atan bir dəstə adam həmişə məşğuldur, mövzu və hədəf dəyişmir. R.Rza, S.Vurğun, Anar, Elçin... Yaxud əks tərəfin həcvləri...

Hər iki tərəf qartopu oynayır.

Yol sürüşkən olsa da maşınlar şütüyür. Hər iki tərəfə qar daşıyan maşınların səsindən baş çatlayır.

 

Həqiqət it şəklindədirsə,

Yalan ceyran şəklində,

Olma iti madonna tək

Sevəcəyim şəkkində...

 

PS. .................................. 

Davamı...
Açar sözlər:
Bookmark and Share

Gün Çırtlayır | Şərhlər(0) | 69 baxış

KOR QAPI

     Ovqat yazıları, başqa sözlə, gündəlik – sənə təsir edən, başına gələn, yaxud gəlməyən hadisələrin nəbzini tutmaq sadəcə yazmaq demək deyil, həm də bunların içindən keçən, ancaq görünməyən mahiyyəti tutmaq istəyidir...Mən, əvvəlcədən bilirəm gündəliksiz adamam, gündəlik yaza bilmərəm.

      Planlaşdırıldığı halda hər şey yarıda qalacaq, yanan lampa partlayacaq, cərəyan xətləri bir anda alışıb külə dönəcək.

 bokal

Davamı...
Açar sözlər:
Bookmark and Share

Gün Çırtlayır | Şərhlər(0) | 88 baxış


  Yazılar cəmi: 10